Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Tramp kibertəhlükəsziliklə bağlı fərman imzaladı

ABŞ prezidenti Donald Tramp kibertəhlükəsizliyin möhkəmləndirilməsi haqqında fərman imzalayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Tomas Bossert açıqlama verib. O bildirib ki, fərman federal şəbəkələri və ABŞ-ın vacib infrastrukturunu haker hücumlarından qorumaq, eləcə də internet istifadəçilərinin bir sıra qaydalara əməl etməsinə nail olmaq məqsədi daşıyır.

 

T. Bossert bu fərmanın Rusiyanın kiberhücumları ilə əlaqəsi olmadığını və ABŞ-a haker hücumları həyata keçirənlərin təkcə rusiyalılarla məhdudlaşmadığını söyləyib: “Bu, Rusiya ilə bağlı deyil, ABŞ-ın təhlükəsizliyi üçündür”.

LENT

26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017