Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Panasonic”in illik gəlirləri 64 milyard dolları keçdi

“Panasonic” şirkəti martın 31-də yekunlaşan 2017-ci maliyyə ili üçün hesabatını açıqlayıb.

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, 12 ay ərzində istehsalçının gəlirləri 64 milyard dollar təşkil edib ki, bu da illik nisbətdə təxminən 4 faiz azdır. 

Şirkətin əməliyyat gəlirləri 20 faiz artaraq 2,4 milyard dollara çatıb. Xalis mənfəəti isə 1,3 milyard dollar olub ki, bu da əvvəlki maliyyə ilinin göstəriciləri ilə müqayisədə 10 faiz azdır.

Şirkətə daha çox gəlir gətirən “Automotive & Industrial Systems” bölməsi olub. Bu bölmənin gəliri 21,8 milyard dollar təşkil edib. 19,8 milyard dollar gəliri “Appliance” bölməsi gətirib. Birinci halda illik nisbətdə azalma 5 faiz, ikincidə isə müvafiq olaraq 2 faiz artım qeydə alınıb. 

“Eco Solutions” və “AVC Networks” bölmələri isə şirkətə müvafiq olaraq 13,2 və 8,9 milyard dollar gəlir gətiriblər.

LENT

24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017