Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiyada piratçılığın səviyyəsi 300 faiz artıb

2016-cı ildə Rusiyada internet piratçılığı 300 faiz artıb.

İKT.lent.az-ın “actualnews.org” saytına istinadən məlumatına görə, bu barədə ABŞ Ticarət Nümayəndəliyinin dərc etdiyi hesabatda deyilir. 

Əldə olunan məlumata əsasən, Rusiya əqli mülkiyyətin müdafiəsinə nəzarətdə əsas ölkələr siyahısına daxil edilib. Bu siyahıda həmçinin Tayland, Hindistan, Ukrayna, Argentina, Çili, Əlcəzair də mühüm yer tuturlar. 

Bununla belə, ticarət nümayəndəliyinin əməkdaşları qeyd edirlər ki, Rusiya qanunvericiliyində əsas məsələ hələ də həllini tapmayıb - pirat kontentli saytların sahiblərinin təqib edilməsi nəzərdə tutulmur. 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017