Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Acer”in gəlirləri dəyişməsə də, xalis mənfəəti artıb

“Acer” şirkəti 2017-ci maliyyə ilinin birinci rübünün nəticələrini açıqlayıb. 

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, hesabat dövründə istehsalçı 1,85 milyon dollar gəlir əldə edib ki, bu da faktiki olaraq bir il əvvəl olduğu göstəriciyə bərabərdir. 

Şirkətin əməliyyat gəlirləri bir il əvvəlki 28,5 milyon dollar nisbətində 15 milyon dollar təşkil edib. Xalis mənfəəti isə bir ildə 1,5 milyon dollardan 2,1 milyon dollara qədər artıb.  

Şirkətin ümumi gəliri azalıb. Əgər bir il əvvəl bu rəqəm 220 milyon dollar idisə, ötən 3 ay ərzində bu rəqəm 179 milyon dollar olub. 

Rübün maliyyə yekunlarını “Acer” müxtəlif bazarlar üçün optimallaşdırılmış düzgün effektiv çeşidin seçilməsi strategiyasının göstəricisi hesab edir.

LENT

25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017