Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“WikiLeaks” Tramp və Kominin səs yazısı üçün 100 min $ vəd etdi

“WikiLeaks” təşkilatı ABŞ prezidenti Donald Tramp və Federal Təhqiqatlar Bürosunun (FBİ) sabiq direktoru Ceyms Komi arasındakı söhbətlərin audioyazısını təqdim edəcək şəxsə mükafat vəd edib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “WikiLeaks”in “Twitter” səhifəsində məlumat verilib. Məxfi sənədləri yayması ilə məşhurlaşan təşkilat Tramp və Kominin səs yazısını təqdim edəcək şəxsə 100 min dollar ödəyəcəyini elan edib.

 

Xatırladaq ki, D. Tramp 3 gün əvvəl C. Komini vəzifəsindən azad edib. ABŞ mətbuatında yayılan məlumatlara əsasən D. Tramp Ağ Evdəki şam yeməyi zamanı C. Komidən ona sadiq olmasını tələb edib. Komi isə yalnız Konstitusiya əsasında fəaliyyət göstərdiyini söyləyərək kiməsə şəxsi sədaqət nümayiş etdirməyəcəyini bildirib. Mayın 12-də D. Tramp C. Komiyə xəbərdarlıq edib ki, ikisi arasındakı şəxsi söhbətləri KİV-ə çıxarmasın.

 

Qeyd edək ki, FBİ Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsi və Donald Trampın yaxın ətrafının Rusiya ilə gizli əlaqələrinə dair təhqiqat aparır.

LENT

26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017