Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dünən dünyada genişmiqyaslı haker hücumları baş verib

Mayın 12-də qlobal miqyasda genişmiqyaslı haker hücumları baş verib.

 

İKT.lent.az-ın xəbərinə görə, dünya üzrə təxminən 57 min kompüter kiberhücuma məruz qalıb.

 

“İntel” şirkəti xüsusi online-xəritə tərtib edib, orada dünya miqyasında kompüterlərin necə yoluxduğu görünür. “WannaCrypt” (“WCry” də deyilir) adlı virus mayın 12-də gündüz saatlarında yayılmağa başlayıb. İlk hücuma məruz qalan ölkələrdən biri İspaniya olub. Bu ölkədə iri texnoloji şirkət Telefónica”, qaz şirkəti “Gas Natural”, elektrik təchizat şirkəti “İberdrola” , “Santander” bankı və KPMG konsaltinq şirkəti hücuma məruz qalıb.

 

Böyük Britaniyada hakerlər səhiyyə sisteminin kompüter şəbəkələrini hədəf seçib. Rusiyada Daxili İşlər Nazirliyi, İstintaq Komitəsi kimi mühüm qurumlara hücum edilib.

 

Virus kompüterdəki bütün faylları şifrələyir və bunu açmağın müqabilində pul tələb edir. Hər ölkədə bu tələb yerli dildə ekranlara çıxır. Ödəniş üçün 3 gün vaxt verilir. Bu müddətdən sonra tələb olunan miqdar iki dəfə artır. Ödəmə olmadıqda 7 gün sonra fayllar birdəfəlik itir.

 

“Kasperski Laboratoriyası” 74 ölkə üzrə 45 minə yaxın hücum qeydə aldığını açıqlayıb.

 

Qeyd edək ki, “WannaCrypt” virusunun erkən versiyası haqda məlumatlar bu ilin fevralında bəlli olub. O, yalnız “Windows” əməliyyat sistemində yayılır. “Microsoft” korporasiyası virusun istifadə etdiyi boşluqları bağlayıb. Şirkət öz istifadəçilərini əməliyyat sistemini yeniləməyə çağırıb. Virusun yoluxduğu kompüterlər məhz yenilənmənin olmadığı kompüterlərdir.  

LENT

26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017