Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bu gün kiberhücumların yeni dalğası gözlənilir -

Həftənin birinci günü insanların işdə olduğu vaxt kiberhücumların yeni dalğası baş tutacaq.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bu barədə xəbərdarlığı Avropolun rəhbəri Rob Ueynrayt Böyük Britaniyanın ITV telekanalına müsahibəsi zamanı bildirib.

 

Ötən həftənin cümə günü baş vermiş kütləvi kiberhücumun araşdırılması üçün xüsusi qrup yaradılıb. Ancaq cinayətkarların yerinin və xüsusilə də şəxsiyyətlərinin müəyyənləşdirilməsi Avropol üçün ciddi problemə çevrilib.

 

Məlumata görə, 200 mindən çox şəxsi istifadəçilər və azı 150 ölkədən olan özəl şirkətlər birinci hücumlardan ziyan görüb. Elektron virusa yoluxdurma cəhdləri əsasən İndoneziya şirkətlərinə, Rusiyanın Daxili İşlər Nazirliyinə, Fransanın "Renault" avtomobil şirkətinə və Amerikanın "FedEx" poçt xidmətinə edilib.

 

Kiberhücumlardan ziyan görən kompüterlərin hamısı "Windows" əməliyyat sistemində çalışan qurğular olub. Qurğuların sındırılması hakerlərə 600 dollara başa gəlib.

LENT

22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017