Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ən qısa tviti Trampı gülüş hədəfinə çevirdi

ABŞ prezidenti Donald Tramp özünün "Tvitter" səhifəsində ən qısa tvitini dəc edib - "We" ("Biz").

 

İKT.lent.az-ın "Daily Mail"ə istinadən xəbərinə görə, prezident az sonra tvitini silib.

 

Bu tvit "Tvitter" istifadəçiləri arasında zarafatlara səbəb olub. İstifadəçilər Trampın nə demək istədiyini tapmağa çalışıblar. Bəzi istifadəçilər prezidentin "Queen" qrupunun ifasında səslənən "We will rock you" və "We are the champions" mahnılarının sözlərini yazmaq istədiyini "təxmin" ediblər.

 

Onlardan biri isə zarafatla bu sözləri yazıb: "Tramp əslində "Biz" yox, "Mən" yazmaq istəyib".

LENT

26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017