Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Britaniya xəstəxanaların kibertəhlükəsizliyinə 64 milyon dollar ayırdı

Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon bildirib ki, rəsmi London Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) kibertəhlükəsizliyinin gücləndirilməsinə 50 milyon funt-sterlinq və ya 64 milyon dollar ayırıb. Bu barədə İKT.lent.az “Reuters”ə istinadən məlumat verib. 

Fellonun sözlərinə görə, NHS nümayəndələrinə daha çox haker hücumları tərəfindən dəstəklənən proqram təminatı sistemindən imtina etməyi məsləhət görüblər. 

Bundan öncə bildirilib ki, Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) serverlərinə hücum etmiş hakerlər ABŞ Milli Təhlükəsizlik Agentliyinin (ANB) modifikasiya edilmiş proqramlarından istifadə ediblər.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017