Bu bölmə Bakcell tərəfindən təqdim olunur

14 yaşlı məktəblilər sosial şəbəkə yaratdı

Bu günlərdə Rusiyanın Həştərxan vilayətində 14 yaşlı uşaqlar “Kenap” adlı layihəni işə salıblar.

İKT.lent.az-ın “ahtubinsk-today.ru” portalına istinadən verdiyi məlumata görə, “Kenap.ru” adlanan sosial şəbəkənin yaradıcısı Anatoliy Konovalov iddia edir ki, sosial şəbəkə yüksək mühafizə səviyyəsinə malik olacaq.

 

O qeyd edib ki, yaratdığı məhsulda “end-to-end” şifrələnməsi müdafiəsindən istifadə edilib ki, bu da “Odnoklassniki” və “VKopntakte” sosial şəbəkələrində yoxdur.
 
Tərtibatçılar söz verib ki, yaxın zamanlarda “Kenap”da böyük bir musiqi kolleksiyası da olacaq, özü də pulsuz. Artıq bununla bağlı bir musiqi portalı ilə danışıqlar aparılır. Hələlik yeni sosial şəbəkədən 10 nəfərdən bir az artıq insan istifadə edir. Ancaq A.Konovalov ümid edir ki, onun yaratdığı sosial şəbəkənin uğurlu gələcəyi olacaq.

LENT

22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017