Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Microsoft"un prezidenti: "Kiberməkanda sərt qaydalar müəyyənləşdirilməlidir"

Ötən cümə baş verən qlobal kiberhücum bütün dünya üçün həyəcan siqnalı olmalıdır.

 

İKT.lent.az-ın xəbərinə görə, bu bəyanatla "Microsoft" şirkətinin prezidenti və baş hüquq məsləhətçisi Bred Smit öz bloqunda çıxış edib.

 

Onun fikrincə, bu kiberhücumdan dərs almaq lazımdır ki, gələcəkdə analoji hadisələrdən yayınmaq mümkün olsun: "Ona görə də ölkələr maddi dünyada silaha necə yanaşırlarsa, kiberməkana da o cür yanaşmalı və sərt qaydalar müəyyənləşdirməlidirlər".

 

Bred Smit kiberhücumdan zərər çəkən ölkələri dəyən ziyanı hesablamağa çağırıb.

 

Qeyd edək ki, Avropolun rəhbəri Rob Ueynrayt 200 mindən çox şəxsi istifadəçilərin və azı 150 ölkədən olan özəl şirkətlərin son hücumlardan ziyan gördüyünü bildirib.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017