Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Eurovision-2017”-nin finalçıları hansı smartfonlardan istifadə edir? -

Dünyaca populyar “Eurovision-2017” musiqi yarışmasının finalçılarının hansı smartfondan istifadə etdikləri hər kəs üçün maraqlıdır.

 

İKT.lent.az məlumatına görə, “hi-tech.mail.ru” saytı bununla bağlı araşdırma aparıb. 
 
Portal öyrənə bilib ki, musiqi yarışmasının 18 finalçısı hansı smartfondan istifadə edir. Digər “Eurovision” iştirakçıları isə öz cihazlarını kamera qarşısına çıxarmağı lazım bilməyiblər. 
 
Məlum olub ki, “Eurovision-2017” musiqi yarışmasının finalçılarının böyük əksəriyyəti “Apple” şirkətinin smartfonlarını, xüsusilə də “iPhone 7”-ni seçiblər. Kupertinyodan olan şirkətlə ancaq “Samsung” rəqabət apara bilər - 18 finalçıdan yalnız 3 nəfər “Galaxy” smartfonlarını seçiblər. Onların arasında hətta yeni “Galaxy S8 “ smartfonu olan da var ki, o da ancaq Rumıniyadan olan müğənniyə məxsusdur. 
 
İştirakçılardan heç kəs “Apple” və “Samsung”dan başqa şirkətin smartfonlarını seçməyib. Bununla belə, ötən il “Huawei”, hətta “Alcatel” şirkətlərinin smartfonlarına da rast gəlinib.

LENT

25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017