Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Toyota” uçan avtomobil buraxacaq

“Toyota” avtomobil konserni 2019-cu ildə uçan avtomobil istehsal etmək fikrindədir.

 

İKT.lent.az-ın xəbərinə görə, korporasiya layihə işinə 42 milyon ien (370 min dollar) ayıracaq. İşlər artıq başlayıb, lakin layihə müəllifləri indiyədək internet vasitəsilə maliyyə toplayırdı.  

 

Uçan avtomobil 8 qanadla təchiz olunacaq. İlk uçuşun 2019-cu ilin yanvarında həyata keçirilməsi planlaşdırılır. Avtomobilin 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarının açılışında iştirakı da nəzərdə tutulur.

 

Qeyd edək ki, “Uber” şirkəti də uçan avtomobil layihəsi həyata keçirəcəyini açıqlayıb.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017