Bu bölmə Bakcell tərəfindən təqdim olunur

MP3 formatı “ölüm” ayağında - SOS

MP3 formatı faktiki olaraq “ölüm” ayağındadır. 

 
İKT.lent.az-ın “actualnews.org” saytına istinadən xəbərinə görə, bu barədə Almaniyanın Fraunqofer Cəmiyyətinin İnteqral Sxemlər İnstitutunun tərtibatçıları məlumat verib.

 

Elmi-tədqiqat qurumunun onlayn portalında isə bildirilir ki, 2017-ci ilin aprel ayında MP3 formatı üçün təsdiqlənmiş patentin son müddəti başa çatır. Həmçinin proqram təminatçılarından lisenziya üçün qəbul edilən köçürmələr dayandırılıb. 
 
Format şəbəkə istifadəçiləri arasında aktuallığını saxlayır. Baxmayaraq ki, hələlik iri radiostansiyalar və telekanallar ondan imtina edib və daha müasir kodeklərə üstünlük verirlər. Sonuncular səsin keyfiyyətinin qismən itirilməsi ilə daha keyfiyyətli sıxılmanı təmin edirlər. 
 
MP3-ə gəldikdə, onun üzərində işlər 1970-ci illərdən başlayıb. Bu formatın əsasını isə ASPEC formatı təşkil edir. 

LENT

26 İyul 2017
25 İyul 2017
24 İyul 2017
22 İyul 2017
21 İyul 2017