Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Təyyarələri “WiFi” ilə təmin edəcək peyk fəzaya buraxıldı

ABŞ-ın özəl kosmik şirkəti “SpaceX” daşıyıcı raket “Falcon 9”un növbəti uğurlu buraxılışını həyata keçirib.

 

İKT.lent.az-ın xəbərinə görə, daşıyıcı “Inmarsat-5 F4” kommunikasiya peykini orbitə çıxarıb. Bu peyk sərnişin təyyarələrini və gəmiləri “WiFi” ilə təmin edəcək.

 

70 metrlik daşıyıcı raket mayın 16-na keçən gecə Florida ştatındakı Kanaveral burnunda yerləşən kosmodromdan fəzaya buraxılıb. Kosmik aparat yerdən 35,7 min km yüksəklikdə fəaliyyət göstərəcək.

 

6,7 tonluq kommunikasiya peyki indiyədək “Falcon 9”un orbitə çıxardığı ən ağır yük olub. “Inmarsat-5 F4” təyyarələrin və gəmilərin sərnişinləri üçün simsiz internet əlaqəsini təmin edəcək.

LENT

24 Aprel 2018
23 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018