Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Alibaba”nın qurucusu Çinin ən varlı adamı oldu

“Forbes” jurnalının versiyasına görə, Çinin ən varlı insanı nəhəng “Alibaba Group” elektron kommersiya şirkətinin qurucusu Cek Ma olub.

İKT.lent.az-ın “gazeta.ru” saytına istinadən məlumatına görə, biznesmen Çin konqlameratı “Wanda Group”un rəhbəri Van Szyanlini geridə qoyub.

 

Qeyd olunur ki, Cek Manın varidatı 30,9 milyard dollar, Van Szyanlinin var-dövləti isə 30,7 milyard dollar qiymətləndirilir.

“Wanda Group”un rəhbərinin gəlirləri əsasən daşınmaz əmlak və əyləncə sahəsindəki biznesdən gəlir. Cek Manın var-dövləti 2017-ci ildə “Alibaba”nın səhmlərinin şirkətin gəlirlərinin üç dəfədən artıq bahalaşması sayəsində artıb.

Eyni zamanda “Forbes”in versiyasına görə, Asiyanın ən varlı insanı Honkonqdan olan multimilyarder Li Szaçen olub ki, onun da var-dövləti 32,9 milyard dollar qiymətləndirilir.

“Alibaba Group” internet nəhəngi elektron kommersiya sayəsində işləyən Çinin ən iri şirkətidir. Şirkət 1999-cu ildə yaradılıb və “AliExpress.com”, “Taobao.com”, “Tmall.com”, “Alibaba.com” və “Alibaba Pictures” kimi törəmə şirkətlər məxsusdur.

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017