Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Asus” “ağıllı” saat istehsalından imtina edə bilər

“Asus” şirkətinin rəhbərləri gələcəkdə “ağıllı” saatların istehsalından imtina edə bilərlər. 

İKT.lent.az-ın “actualnews.org” saytına istinadən məlumatına görə, buna səbəb məhsulun satış göstəricilərinin istehsalçının gözləntilərini doğrultmamasıdır.

“Asus” şirkəti “ağıllı” saat partiyasının istehsalını davam etdirir. Bu gün mütəxəssislər ayda 6 min ədəd “ZenWatch” istehsal edirlər. Ancaq mütəxəssislər güman edirlər ki, yaxın zamanlarda istehsal dayandırıla bilər. “ZenWatch” məhsulunun yığımı ilə müqavilə əsasında Tayvanın “Pegatron” adlanan şirkətinin əməkdaşları məşğul olur.

Mütəxəssislər iddia edirlər ki, şirkət daşınar elektronikanın tədarükü kateqoriyasında lider mövqeləri tuta bilməyib. Bu məhsulun realizəsi ilə daha uğurlu mövqeni “Apple” tuta bilib ki, onlar da ildə 3,5 milyon ədəd “ağıllı” saat istehsal edirlər.

LENT

20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018