Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Hakerlər “Walt Disney”in ekrana hələ çıxmamış filmini oğurladılar

Hakerlər “Walt Disney” şirkətinin hələ ekranlara çıxmamış yeni filmini ələ keçiriblər.

 

İKT.lent.az-ın “The Hollywood Reporter”a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin baş direktoru Bob Ayger bildirib.

 

B. Ayger deyib ki, hakerlər böyük miqdarda pul tələb edərək əks halda, filmi yayacaqları ilə hədələyirlər. O, hansı filmdən söhbət getdiyini açıqlamayıb. “Walt Disney” kibercinayətkarlara pul ödəməkdən imtina edib.

 

“Deadline” nəşri isə oğurlanan filmin “Karib dənizinin quldurları: Ölülər nağıl danışmır” olduğunu açıqlayıb. Filmin premyerası mayın 26-da olacaq.  

 

Xatırladaq ki, mayın 12-də bütün dünyada kütləvi haker hücumları baş verib.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017