Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Fitbit” dünyanın ən idmansevər ölkəsini açıqladı

Fitnes üçün qolbaqlar istehsal edən “Fitbit” şirkəti özü üçün əlçatan statistik məlumatları təhlil edərək dünyanın “ən idmansevər ölkəsi”ni müəyyən edib. 

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, bu ada İrlandiya layiq görülüb.

 

Hesablama zamanı bütün dünya üzrə 20 milyondan artıq “Fitbit” qolbaqları istifadəçilərinin məlumatları nəzərə alınıb. Bu zaman yuxunun müddəti, hərəkətdə olmaqla bağlı ehtiyacın olduğunu xatırlatmalar, gündəlik atılan addımların, gün ərzində aktivliyin vaxtı və dincəlmə zamanı nəbzin göstəriciləri götürülüb.  

İkinci yerdə Böyük Britaniya, üçüncü yerdə isə İsveç gəlir. İlk beşliyə Hollandiya və İsveçrə də daxil edilib. 

Maraqlıdır ki, gündəlik orta hesabla daha çox addımı (9023) İspaniyadan olan istifadəçilər atırlar. Ümumi hesabatda isə onlar yeddinci yeri tutublar. Daha çox - sutkada 7 saat 15 dəqiqə yatanlar Böyük Britaniya sakinləridir. Ən aktiv insanlar isə İsveçrədə yaşayanlar olub.
 
Fürsətdən istifadə edərək istehsalçı bildirib ki, artıq şirkət 63 milyon ədəd cihaz satışını həyata keçirə bilib. Dünyanın 65 ölkəsində qeydiyyatdan keçən istifadəçilərin sayı isə 50 milyon nəfəri ötüb.

LENT

25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017