Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Osman Gündüz: “Virusa yoluxan kompüterlərə “Bitcoin” lazım olacaq”

Bir neçə gündür ki, “WannaCry” virusu dünyada yüz minlərlə kompüteri və informasiya sistemlərini sıradan çıxarıb. “Microsoft Windows” əməliyyat sistemi altında fəaliyyət göstərən kompüterlərə yoluxan bu virus kompüterlərdəki bütün informasiyaları şifrələyir.

  
İKT.lent.az-ın məlumatına görə, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, virusun yaradıcıları informasiyaların deşifrə olunması və kompüterin normal vəziyyətə gətirilməsi üçün 300 - 600 ABŞ dolları tələb edirlər.

 
Onun sözlərinə görə, hər şey köhnə, klassik qaydadadır: “Yalnız bir dəyişiklik var. Hakerlər bu dəfə ödənişin yeni kriptovalyuta olan “Bitcoin”la olmasını tələb edirlər. Çünki bu ödəniş formasında ödənişin izini tapmaq olmayacaq”. 

Mütəxəssis düşünür ki, bundan sonra “Bitcoin”in populyarlığı xeyli artacaq: “Çünki virusa yoluxan kompüterlər olsa, dərman olaraq məhz “Bitcoin” lazım olacaq. Bunun üçün də bu valyutanı qanuni olaraq tanımaq lazımdır. Hansı ki, əksər ölkələrdə bu proses artıq reallaşmaqdadır".

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017