Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Putinin internet üzrə müşaviri Ukraynaya cavab verdi

Ukraynada Rusiyanın “VKontakte”, “Odnoklassniki” sosial şəbəkələrinin və “Yandeks” resursunun 3 il müddətinə qapadılması bu resurslara hiss olunacaq qədər mənfi təsir etməyəcək.


İKT.lent.az-ın məlumatına görə, bunu Rusiya prezidentinin İnternet məsələləri üzrə müşaviri German Klimenko bildirib. 

Onun sözlərinə görə, Ukrayna provayderləri tərəfindən adıçəkilən internet resurslarına sanksiyalar bir qədər “Yandeks”in fəaliyyətində özünü göstərə bilər ki, bu da ktirik səviyyədə olmayacaq. 

Müşavir bildirib ki, internetin Rusiya seqmentində Ukraynadan olan istifadəçilərin ümumi payı 12,5 faizə bərabərdir. Reklam və digər gəlirlər nisbətində isə bu rəqəm 3 faizdən bir qədər çox təşkil edir. 

German Klimenko bloklanmanın reallaşdırılmasında müəyyən çətinliklərin yarana biləcəyini də istisna etmədiyini qeyd edib. Onun sözlərinə görə, istifadəçilər Ukraynada bloklanmış sosial şəbəkələrə daxil olmaq üçün “Tor”, VPN, yaxud da bloklanmadan yan keçən digər vasitələrdən istifadə etməyə başlayacaqlar.

LENT

26 İyul 2017
25 İyul 2017
24 İyul 2017
22 İyul 2017
21 İyul 2017