Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung Galaxy S8” və "S8+"in satışları 5 milyon ədədi keçdi

“Samsung Galaxy S8” və "S8+" smartfonlarının satışları artıq 5 milyon ədədi keçib. 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “The Investor” portalı “Samsung Electronics” şirkətinin nümayəndələrinə istinadən məlumat verib. 

“Bizim müxtəlif regionlar üzrə dəqiq məlumatları təqdim edə bilməməyimizə baxmayaraq, bütün dünya üzrə satışlar stabil yüksək olaraq qalır”, - deyə “Samsung” əməkdaşı bildirib. Ümumi satışlar artıq 5 milyon ədəd smartfon göstəricisini ötüb. 

Xatırladaq ki, “Samsung Galaxy S8” və "S8+" smartfonlarının satışına aprelin 21-dən ABŞ, Kanada və Cənubi Koreyada başlanılıb. Sonradan isə cihaz dünyanın digər regionlarında da satışa çıxarılıb. May ayının sonuna “Samsung Galaxy S8” və "S8+" artıq 120 ölkədə mağazalara çıxarılacaq.

Analitiklər hesab edirlər ki, ikinci rübün sonuna “Samsung Galaxy S8” və "S8+" smartfonlarınn satış həcmi 20 milyon ədədə çatacaq. İlk il ərzində isə satışlar 60 milyon ədəd smartfon həddinə çata biləcək. 

LENT

25 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017