Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiyada “Nokia 3310” telefonunun satışları başladı

Rusiyada yenilənmiş “Nokia 3310” mobil telefonunun satışlarına başlanılıb. 

İKT.lent.az-ın TASS agentliyinə istinadən məlumatına görə, telefonun müasir versiyasını Moskva və Moskva vilayətinin bəzi salonlarında əldə etmək mümkündür. Digər şəhərlərdə isə hələlik ancaq öncədən sifariş etmək mümkündür.

Bundan əvvəl isə bildirilib ki, məşhur “Nokia 3310” telefonunun yeni versiyasını may ayının sonunda əldə etmək mümkün olacaqr. Yeni “Nokia 3310” özündən əvvəlki modeldən daha balaca və nazik olub. Həmçinin telefon 2,4 düym həcmli rəngli ekrana və iki meqapiksel kameraya malik olacaq. 

LENT

25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017