Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ötən ayın ən yaxşı smartfonları - REYTİNQ

“AnTuTu” şirkəti ənənəvi olaraq qiymət və keyfiyyətin parametrlərinə görə ötən ayın ən yaxşı smartfonlarının reytinqini tərtib edib. 

İKT.lent.az-ıın “vistanews.ru” saytına istinadən məlumatına görə, reytinq tərtib edilərkən diqqətə “AnTuTu”dakı sınaqların nəticələri, cihazların JD.com saytındakı və şirkətin rəsmi mağazalardakı qiymətləri əsas götürülüb.

Artıq bir neçə aydır ki, ilk yeri ZUK Z2 cihazı tutur. Cihazın əsasını “Snapdragon 820” prosessoru təşkil edir. Cihaz gözəl tərtibata malikdir və onun qiyməti 188 dollar təşkil edir.

İkinci yeri “Coolpad Cool 1 Dual” smartfonu tutur ki, bu da “Coolpad” və “LeEco” şirkəti əməkdaşlığının məhsuludur. 

Üçüncü yer “Coolpad Cool 1C” cihazına verilib ki, o da ikili kameradan məhrumdur. Cihazın qiyməti 130 dollar təşkil edir.

 

Dördüncü və beşinci yerlərdə müvafiq olaraq “LeEco Le 2 Jazz Edition” və “Le Pro 3” cihazları qərarlaşıb.

LENT

25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017