Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Apple" iyunda 3 yeni noutbukunu təqdim edəcək

"Apple" şirkəti iyun ayında keçiriləcək “Worldwide Developers Conference” çərçivəsində 3 yeni noutbuk modelini təqdim edəcək.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, "MacBook Pro" "Intel" şirkətinin "Kaby Lake" prosessoru ilə yenilənəcək. 12 düymlük "MacBook" da daha sürətli prosessorla təchiz olunacaq. "Apple" "MacBook Air" noutbukunu da yeniləmək niyyətindədir.

 

Hələlik şirkət bu informasiyanı şərh etməyib.

 

Qeyd edək ki, "MacBook"ların satışı "Apple"in mənfəətinin 11%-ni təşkil edir.

LENT

25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017