Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Azərbaycanda kompüter və elektron məhsullarının istehsalı 2,1 dəfə artıb

Bu il Azərbaycanda kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 47,8 milyon manatlıq məhsul istehsal olunub.

İKT.lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 2,4 dəfə artıb. 

Dörd ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 59,0 faiz, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 2,8 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 53,1 faiz artıb.

LENT

25 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017