Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Hakerlər 560 milyon istifadəçinin məlumatlarını ələ keçirdi 

Məlumatların təhlükəsizliyi üzrə ixtisaslaşmış “Kromtech Security Center” şirkəti müəyyən edib ki, hakerlər 560 milyondan artıq şəbəkə istifadəçisinin məlumatlarına çıxış əldə ediblər.

İKT.lent.az-ın “actualnews.org” saytına istinadən məlumatına görə, internet fırıldaqçıları “MySpace”, “DropBox”, “Tumblr”, “LinkedIn” kimi xidmətlərin akkauntlarını ələ keçiriblər. 

Şirkət nümayəndəsi Bob Dyaçenko bildirib ki, istifadəçilər internetdəki və messencerlərdəki səhifələrini saxlamaq üçün şifrələri dəyişməli və bununla da onu daha təhlükəsiz etməlidirlər. 

“Have I Been Pwned” şirkətinin qurucusu Troy Hant hakerlər tərəfindən oğurlanmış 10 min məlumatı seçmə yolla təhlil edib. Məlum olub ki, bu səhifələrdə olan məlumatların 98 faizi artıq şəbəkəyə yayılıb. Həmçinin Hant özünün apardığı araşdırmanın nəticələrinə təəccüblənib. İstifadə olunan məlumatların həcmi 60 faiz keçmir. 

LENT

25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017