ABŞ-ın “Apple” şirkəti pitsa üçün qeyri-adi qutunu patentləşdirib.
İKT.lent.az-ın “riafan.ru” saytına istinadən verdiyi məlumata görə, pitsa üçün müasir qutunun tərtibatında şirkətin qida xidmətinin rəhbəri Françesko Lonqoni də iştirak edib.
“Apple”in qeyri-adi qutusu şirkətin kampusunun (binasının) daxilində istifadə üçün nəzərdə tutulub. Qeyd edilir ki, əməkdaşlar onun köməyi ilə pitsanı yeməkxanadan öz ofislərinə gətirə biləcəklər.
Patentlə bağlı müraciət hələ 7 il əvvəl edilib. Qutunun əsas xüsusiyyətlərindən biri xüsusi ventilyasiya dəliklərinin olmasıdır. Bu dəliklər isti pitsadan yaranan buxarı içəridə saxlasa da, nəmlik yaratmır.