Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” Hindistanda “iPhone” istehsalına başladı

“Apple” şirkəti “iPhone SE” smartfonlarının ilk partiyasını Hindistandakı müəssisədə istehsal edib. 

İKT.lent.az-ın “The Wall Street Journal” nəşrinə istinadən məlumatına görə, smartfonlar Hindistanın Karnataka ştatında Tayvanın “Wistron” şirkətinin müəssisəsində yığılıb. İlk cihazlar artıq bu ay yerli mağazalarda satışa çıxarılacaq. 

Analitiklər qeyd edirlər ki, bu hadisə “Apple” üçün çox vacibdir. Çünki Kupertinyodan olan korporasiya üçün Hindistan bazarı olduqca perspektivlidir. “iPhone”un qlobal satışları 3 faizi keçmədiyi dövrdə, Hindistanda bu göstərici 2016-cı ildə 18 faizə çatıb. 

Hindistan istehsalı olan “iPhone SE”-nin qiyməti hələlik məlum deyil. Bir qayda olaraq bu model 399 dollara satılır, ancaq yerli hökumət ümid edir ki, “Apple” güzəştə gedəcək və cihazın pərakəndə qiymətini 100 dollara salacaq. 

İDC təhlil şirkətinin məlumatına görə, hazırda Hindistanda smartfonun orta qiyməti 155 dollar təşkil edir. Yerli əhalinin əksər hissəsi Çin istehsalçılarının cihazlarına üstünlük verirlər. Onun payına satışların 50 faizi düşür.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017