Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Google" süni intellektin tədqiqi üçün yeni bölmə yaratdı

"Google" şirkəti əsas diqqətini süni intellektin tədqiqinə yönəltmək fikrindədir.

 

İKT.lent.az-ın "Engadget"ə istinadən xəbərinə görə, bu barədə şirkətin tərtibatçılar konfransında bildirilib.

 

Qeyd olunub ki, "Google" süni intellektin tədqiqi məqsədilə "Google.ai" adlı bölmə yaradır. Bölmə həm də süni intellekt texnologiyaları ilə işləmək üçün avadanlıqlar hazırlayacaq. Artıq "Google" dərin neyron şəbəkələrinin tədqiqi üçün yeni prosessor tərtib edib. O, maşınla tərcüməni 1 gündən 6 saata qədər azalda biləcək. Şirkət bu qurğunu satmayacaq, sadəcə, ilin sonunda istifadəyə veriləcək yeni bulud xidməti ilə işləmək imkanı təqdim edəcək.

LENT

22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017