Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Kosmosda dəfn mərasimləri təşkil ediləcək

ABŞ-ın “SpaceX” şirkəti açıq kosmosda dəf mərasimləri təşkil etmək niyyətindədir. Bunun üçün “Elysium Star II” adlanan ilk memorial gəminin işə salınması planlaşdırılır.


İKT.lent.az-ın “m24.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Elysium Space” şirkətinin saytında deyilir. 

İnsan ölüsünün külü ilə dolu gəmini yerin orbitinə “Falcon 9” raket daşıyıcısı çatdıracaq. “Elysium Star II”-də yerin bron edilməsinin qiyməti 2 490 dollardan başlayır. Mobil əlavənin köməyi ilə real vaxt rejimində memorial gəminin yerləşdiyi yeri izləmək mümkün olacaq. 

Hazırda gəmidə küllə dolu konteynerlər üçün 100 yer artıq bron edilib. İlk memorial kosmik gəminin fəzaya uçması 2017-ci ilin sonunda nəzərdə tutulub. 

LENT

22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017