Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Android” əməliyyat sistemindən istifadə edənlərin sayı 2 milyardı keçdi

“Google” şirkəti daha bir nailiyyətini dünya ictimaiyyəti ilə bölüşüb.


İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, bildirilib ki, ötən il ərzində “Google Play Store” onlayn mağazasından 82 milyard əlavə yüklənib.

 

Müqayisə üçün bildirək ki, 2015-ci ildə bu göstərici 65 milyard təşkil edib. Təbii ki, burada söhbət yükləmələrin sayından gedir, nəinki milyard ədəd müxtəlif proqramdan. 

Bundan başqa, “Android” əməliyyat sisteminin və “Google”un müxtəlif xidmətlərinin nailiyyətləri barədə də məlumat verilib. Belə ki, “Google”un 7 platforması 1 milyarddan artıq istifadəçisinin olması ilə öyünə bilər. Bunlar “Gmail”, “Drive”, “YouTube”, “Chrome”, “Maps”, “Play Store” və “Android” özüdür.

Yeri gəlmişkən, sonuncunun artıq bütün dünyada 2 milyarddan çox istifadəçisi mövcuddur. Bu rəqəmə isə “Android” “Google I/O” sərgisi ərəfəsində çatıb.

LENT

25 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017