Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google”un konfransında yanğın baş verdi

“Google” şirkətinin ABŞ-ın Kaliforniya ştatının Mauntin-Vyu şəhərində keçirilən konfransı zamanı yanğın baş verib.

 

İKT.lent.az-ın xəbərinə görə, “Shoreline Amphitheatre” binasında proqram tərtibatçıları üçün təşkil olunmuş konfrans zamanı yanğın başlayıb.

 

Mauntin-Vyu yanğın departamentindən bildiriblər ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb. Bir nəfərin durumu ağırdır.

 

“Google” hadisə ilə bağlı açıqlamasında yanğının mətbəxdə baş verdiyini və konfrans iştirakçılarından heç kimin zərər çəkmədiyini bəyan edib. Şirkət xəsarət alan 3 nəfərin binanın xidmət personalının əməkdaşları olduqlarını bildirib.

 

Yanğın mətbəxdə istifadə olunan elektrik cihazlarından birindən qaynaqlanıb. Bu cihaz elektrik şəbəkəsinə qoşularkən yanğın baş verib. Yanğın əleyhinə sistem tərəfindən yanğın söndürülüb.

LENT

25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017