Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Marsda kassa aparatı tapılıb? - İDDİA

Britaniyanın “ArtAlienTV” şirkətindən olan ufoloqlar Mars planetində “Curiosity” araşdırma aparatı ilə çəkilən şəkildə köhnə kassa aparatını xatırladan sirli bir obyekt aşkar ediblər. 

İKT.lent.az-ın “polit.info” saytına istinadən məlumatına görə, ufoloqlar yenə də iddia edirlər ki, NASA kosmik agentliyinin mütəxəssisləri insanlardan nəyisə gizlədirlər. 
 
Bu dəfə konspirologiya nəzəriyyəsinin həvəskarları bildiriblər ki, NASA əməkdaşları bilərəkdən “Qırmızı planet”dən olan görüntüləri pisləşdirirlər ki, adi izləyicilər Marsın üzərində yerləşən digər gözəl əşyaları görə bilməsinlər. 
 
Onların fikrincə, yeni şəkillərdə ötən əsrin 40-cı illərində mağazalarda istifadə olunan nadir kassa aparatı görünür. 
 
Skeptiklər isə ufoloqların başgicəlləndirən nəticələrinə cavab olaraq bildirirlər ki, bu obyekt optik illüziya və ya görüntü qüsurudur.

LENT

25 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017