Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Kosmosda paltaryuyan maşın quraşdırılacaq

Rusiyanın “Energiya” raket-kosmik korporasiyasının mühəndisləri Beynəlxalq Kosmik Stansiyada paltaryuyan maşın quraşdırmağı təklif edirlər. 

İKT.lent.az-ın “riafan.ru” saytına istinadən verdiyi məlumata görə, bu, kosmonavtların paltarları tullamaması, əksinə, onları yuya bilməsi üçün edilir.

“Energiya” mühəndislərinin fikrincə, bu addım orbitə göndərilən yüklərin sayını azaltmağa imkan verəcək. 

Şirkətdən bildiriblər ki, hazırda kosmonavtlar 4 sutkadan sonra kostyumları atmağa məcburdurlar. Çünki adi paltaryuyan maşını stansiyada istifadə etmək mümkün deyil. Çox güman ki, kosmonavtlar paltarı qurğuda quraşdırılan və onlar nəfəs aldıqları zaman yaranan oksigenlə emal etməli olacaqlar.

LENT

26 İyul 2017
25 İyul 2017
24 İyul 2017
22 İyul 2017
21 İyul 2017