Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google” 2016-cı ilin ən yaxşı əlavələrini açıqladı

“Google” şirkəti ötən ilin ən yaxşı əlavələrinin reytinqini təqdim edib.

 

İKT.lent.az-ın “actualnews.org” saytına istinadən məlumatına görə, “Google Play Award” laureatları müxtəlif kateqoriyalardan olan proqramlar olub. 

Ən yaxşı oyun kateqoriyasına “Mushroom 11” oyunu birinci olub. “Hoked” əlavəsi isə ən yaxşı başlanğıca görə mükafat alıb. Bu əlavə vasitəsilə istifadəçilər çatdakı yazışma formasında maraqlı əhvalatları oxumaq imkanı əldə edirlər. 

“Android Wear” üçün ən yaxşı əlavə fitnes üçün “Runtastic Running” proqramı qəbul edilib. “Virtual Virtual Reality” və “Woorld” əlavələri isə VR və AR üçün müvafiq olaraq  ən yaxşı məhsullar kimi qeyd edilib. 

Uşaqlar üçün ən yaxşı əlavə “Animal Jam - Play Wild!” proqramı sayılıb. Ən çox istifadə olunan oyun isə “Hearthstone” əlavəsi hesab edilib. “Google Play” mağazasını Qran-prisini xarici dillərin öyrənilməsi üçün istifadə olunan “Memrise” əlavəsi alıb. 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017