Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bu rübün sonunda planşet bazarı 13,7 faiz azalacaq

“Digitimes Research” analitiklərinin proqnozlarına əsasən, bu rübün nəticələrinə görə dünya üzrə 35,08 milyona yaxın planşet satılacaq. 

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, bu, rüblük ifadədə 5,7 faiz, illik ifadədə isə 13,7 faiz azalmaya bərabər olacaq.  

“Apple” lider olaraq qalacaq və bazarın 25,4 faiz payına sahib olacaq. İkinci yerdə 15,1 faiz bazar payı ilə “Samsung” şirkəti yerləşəcək. Fəxri üçüncü yer isə “Amazon”un olacaq ki, o da bazarın 7,4 faiz payını əldə edəcək. 

Sonrakı yerlərdə “Huawei” (6,6%), “Lenovo” (6,6%), “Asus” (3,3%), TCL (1,7%), “Microsoft” (1,5%) və “Acer” (1,3%) qərarlaşacaq. Ümumilikdə bütün brendlər (“Apple”dən başqa) planşet bazarının 47,3 faiz payına malik olacaqlar. Daha 27,3 faiz isə adsız məhsulların (White Box) istehsalçılarının payına düşəcək. 

Ümumilikdə OEM və ODM şərtləri ilə çalışan istehsalçılar bazara 11,5 milyon ədəd planşet tədarük edəcəklər ki, bu da bir il əvvəlki nəticədən 16,1 faiz azdır. Bu həcmin 73,1 faizi “Foxconn” şirkətinin payına düşəcək. “Compal Electronics”, “Pegatron”, “Quanta Computer” və “Inventec” müvafiq olaraq 11,4%, 8,1%, 4,7% və 1,8% alacaqlar.

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017