Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Bakcell” “Ulduzum” proqramının yenilənmiş saytını təqdim edir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti böyük məmnuniyyətlə “Ulduzum” proqramının yeni internet səhifəsinin istifadəyə verildiyini elan edir.

 

İKT.lent.az-ın xəbərinə görə, yeni sayt müasir və kreativ dizayna malik olmaqla yanaşı, daha funksionaldır. İstifadəçi sayta daxil olarkən istənilən bölməni rahatlıqla tapmaq imkanı əldə edir. Yenilənmiş saytda “Ulduzum” tərəfdaşlarının axtarışı daha da asanlaşdırılıb. İndi saytın ana səhifəsində “Ulduzum” abunəçilərinə endirim təqdim edən tərəfdaşları ərazi, kateqoriya, təqdim olunan endirim faizlərinə və digər göstəricilərə uyğun asanlıqla tapmaq olar. 

 

Sayt “Ulduzum” istifadəçiləri üçün əlavə imkanlar da açır. Məsələn, sayta daxil olan “Bakcell” abunəçiləri pulsuz SMS göndərə biləcəklər. Bundan əlavə, burada “Ulduzum”un müxtəlif kampaniyaları haqqında ətraflı məlumatlar “Yeniliklər” səhifəsində yerləşdirilib. Abunəçilərin endirim təqdim edən tərəfdaşların ünvanını daha rahat tapa bilməsi üçün saytda xüsusi xəritə də yerləşdirilib. Bununla yanaşı, bir müddət öncə tərəfdaşlar siyahısına qatılan Türk Hava Yolları şirkətinin “Ulduzum” proqramının üzvlərinə təqdim etdiyi pulsuz əlavə milləri əldə etməyin yolları asan şəkildə izah edilir.

 

“Ulduzum” proqramının tərəfdaşları siyahısına asanlıqla daxil olmaq istəyənlər üçün onlayn müraciət forması da yaradılıb. Vaxtına qənaət edən və rahatlığa üstünlük verən smartfon istifadəçiləri isə yenilənmiş “Ulduzum” saytına daxil olaraq “Bakcell Ulduzum” mobil tətbiqetməsini (həm iOS, həm də Android platforması üçün) yükləyə bilərlər.

 

“Ulduzum”la bağlı xəbərləri hamıdan tez almaq istəyən abunəçilər isə yeniliklərə pulsuz abunə ola bilərlər.

 

Sayta daxil olmaq üçün keçid: http://ulduzum.az

 

Qeyd edək ki, 2,4 milyon nəfərdən çox abunəçisi və 210-dan çox tərəfdaşı olan “Ulduzum” bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramının tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda da ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir. “Ulduzum” proqramının istifadəsində heç bir abunə haqqı yoxdur və istənilən “Bakcell” istifadəçisi bu proqrama qoşula bilər.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017