Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Galaxy S9”la bağlı məlumatlar sızmağa başladı

İnternetdə “Samsung”un növbəti flaqmanı – “Galaxy S9” smartfonu barədə ilk informasiyalar yayılıb.

 

İKT.lent.az-ın Cənubi Koreyanın “The Bell” nəşrinə istinadən verdiyi məlumata görə, yeni cihazın hazırlanması işi tam sürətlə gedir.

 

Hazırda yeni smartfonun böyük və kiçik modeli “Star” və “Star2” kod adları ilə tərtib olunur. “S9”un ekranı “Galaxy S8”lə eyni olsa da, təkmilləşdirilmiş variantdan istifadə ediləcək. Cihazın “Qualcomm” və ”Samsung”un istehsalı olan 7-ci nəsil prosessorlar təchiz ediləcəyi gözlənilir.  

 

“Samsung”un yeni smartfon üçün komponentlərin istehsalını sürətləndirərək prototipin hazırlanması müddətini azalda biləcəyi deyilir. Bunun nəticəsində “Galaxy S9” artıq bu ilin sonunda kütləvi istehsala buraxıla bilər. Bu isə o deməkdir ki, yeni məhsul nəzərdə tutulandan daha tez müddətdə satışa çıxarılacaq.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017