İstehsala hazırlanan smartfonlarla bağlı gizli məlumatlar əldə etməsi ilə tanınan bloger Bencamin Qaskin yeni “iPhone”un təqdimat və satış tarixlərini açıqlayıb.
İKT.lent.az-ın “Apple İnsider”a istinadən verdiyi məlumata görə, B. Qaskin “iPhone 8“in sentyabrın 17-də təqdim olunacağını, satışların isə sentyabrın 25-də başlayacağını bildirib.
Bloger artıq bu barədə informasiyanın elektron məktublar vasitəsilə “Apple” əməkdaşlarına göndərildiyini deyib. Rəhbərlik hələlik bu tarixləri təxmini olaraq müəyyənləşdirib və dəyişə biləcəyini də qeyd edib.