Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Xiaomi” 3 milyondan artıq “Mi Max” smartfonu satıb

“Xiaomi” şirkəti təsdiqləyib ki, “Mi Max” smartfonlarının istehsala başladığı gündən 3 milyon ədəddən çox smartfonunun satışına nail ola bilib.

İKT.lent.az-ın “iLenta.com” saytına istinadən məlumatına görə, cihaz hələ ötən ilin may ayında istehsal olunub. İki ay ərzində 1,5 milyon ədəd cihaz satılıb. Onun davamçısı olan “Mi Max 2” smartfonu isə rəsmi olaraq dünən təqdim edilib.

Təsdiq isə kimdənsə deyil, “Mi Max 2” smartfonunun təqdimatı zamanı Çin şirkətinin baş direktoru Ley Tzyundan baş gəlib. 

Xatırladaq ki, bu smartfon “Snapdragon 625” prosessoru və 6,44 düym həcmli FullHD displeyə malikdir. Əməliyyat yaddaşının həcmi 4 GB, əlavə edilmiş yaddaşın həcmi isə 64 GB və 128 GB təşkil edir. Telefon həmçinin 12 və 5 meqapiksel kameralarla təchiz edilib. Akkumulyatorunun həcmi 5 300 mA/saat təşkil edir və o, “Android Nougat” əməliyyat sistemi ilə çalışır. 

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017