"Apple" şirkəti bu ilin iyun ayında bir sıra populyar cihazların dəstəklənməsini dayandıracaq.
İKT.lent.az-ın "Vladtime.ru"ya istinadən xəbərinə görə, servis mərkəzlərində bu qurğulara xidmət göstərilməyəcək və sındıqları halda pulsuz təmir olunmayacaq. Bunlar 2011-ci ilin istehsalı olan "MacBook Air", "MacBook Pro", "AirPort Express 802. 11n" və "iPhone 3GS"dir.
Qeyd edək ki, bu, "Apple" üçün adi qaydadır - buraxılış ilindən 6-7 il sonra ehtiyat hissələrinin çatışmazlığı əsas gətirilərək müəyyən qurğuların dəstəklənməsi dayandırılır. Onların sahiblərinə servis mərkəzlərində mütəxəssislər heç məsləhət də vermir.