Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung Galaxy S8” “Galaxy S7”dən iki dəfə daha populyardır 

“Samsung Galaxy S8” smartfonları “Galaxy S7” modelindən iki dəfə daha populyar olub.

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən verdiyi məlumata görə, şirkətin rəsmi nümayəndəsi bildirib ki, bu barədə brendin vətənində təqdimat tarixindən bəri qeydə alınan satışların nəticələri sübut edir. 

Flaqmanın təqdimatından 37 gün keçib və bu müddət ərzində 1 milyon cihaz satılıb. Göstəricilər belə qənaətə gəlməyə əsas verir ki, “Samsung Galaxy S8” özündən əvvəlki model olan "S6" və "S7" modelləri ilə müqayisədə iki dəfə fəal alınır. Bu smartfonların Cənubi Koreyada milyardıncı nüsxəsinə müvafiq olaraq satışların 74 və 75-ci günlərində nail olmaq mümkün olub. 

Bütün dünya üzrə “Samsung Galaxy S8” smartfonlarının ümumi satış həcmi may ayının ortalarında 10 milyon ədəd təşkil edib. Bəzi mütəxəssislər əmindirlər ki, bu ilin sonuna qədər istifadəçilər bu modeldən olan 60 milyon ədəd smartfon əldə edəcəklər.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017