Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“PlayStation 3”ün istehsalına xitam verildi

Yaponiyada 500 GB yaddaşlı “PlayStation 3” oyun avadanlığının standart modelinin istehsalı dayandırılıb.

İKT.lent.az-ın “PlayStation”un rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, istehsalda olan sonuncu model idi.

Qeyd edək ki, “PlayStation 3”ün satışlarına 2016-cı ilin noyabr ayında başlanılıb. “Sony” şirkəti dəfələrlə oyun avadanlığının 10 il yaşayacağını bildirib və verdiyi vədi yerinə yetirib. Yaponiyada “PlayStation 3” böyük fərqlə rəqibi “Xbox 360” oyun avadanlığını qabaqlayıb. Ancaq Avropa və ABŞ-da bu avadanlıqlar arasında əsl müharibə gedir. 

“VGChartz” nəşrinin məlumatına görə, “PlayStation 3” və “Xbox 360”un ümumi satışları bütün dünya üzrə 87 və 86 milyon ədəd oyun avadanlığı təşkil edir.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017