Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Mikrodalğalı sobanı oyun avadanlığına çevirdi -

Britaniyalı ixtiraçı və populyar videoblogger Kolin Farz öz azarkeşlərini növbəti yeni qeyri-adi cihazı ilə sevindirib.


İKT.lent.az-ın “The Verge” nəşrinə istinadən məlumatına görə, yeməyini mikrodalğalı sobada bişirənlər və onların gözləmə anlarını daha da rəngarəng etmək üçün K.Farz xüsusi olaraq  soba layihələndirib ki, onu oyun avadanlığı kimi də istifadə etmək mümkündür.

İxtiraçı tərəfindən layihələndirilən “Play-o-Wave” adlanan cihaz mikrodalğalı sobaya oxşayır. Onun qapısına rəngli displey təchiz edilib, idarəetmə panelində əlavə keçiricilər və oyun avadanlığının qoşulması üçün dəlik də əlavə edilib. Video çarxda Farz cihazın iş qabiliyyətini nümayiş etdirib və sobaya yerfındığı yağı ilə sürtülmüş soğan yerləşdirərək iki dəqiqə ərzində velosipedlə yarış oyunu oynayıb. 

 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017