Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bələdçilər sərnişinlərin emosiyalarını müəyyənləşdirə biləcək -

“Microsoft” ötən ildən etibarən istehsalçılar üçün artırılmış reallıq qarniturunun tədarükünə başlayıb.

 

İKT.lent.az-ın Techcult.ru saytına istinadən xəbərinə görə, “Air New Zealand” aviaşirkəti bu qarnitur sayəsində "gələcəyin bort bələdçiləri" üçün eynək yaradıb. Təyyarənin ekipajı hazırda kompüter oyunlarında əlçatan olan imkanlara yiyələnib.

 

“HoloLens” platformasının köməyi ilə işləyən “stüardessa eynəyinin” standart funksiyası aşağıdakılardır: istənilən vaxt sərnişinin sifətinə baxmaqla onun haqda ətraflı informasiya (ad, yaş, səfərin məqsədi, vərdişlər, sərnişin tərəfindən edilmiş içki sifarişindən keçən vaxt) əldə etmək mümkündür. Bundan başqa, fobiyalar haqda məlumatlar, tibbi əks göstərişlər, təhlükəsizlik xidmətindən əldə edilmiş məlumatlar əlçatan olacaq. Bütün bu informasiya indi də əlçatandır, amma personalın işi dəfələrlə asanlaşacaq.

 

Əhəmiyyətinə görə ikinci vacib opsiya sərnişinin emosional vəziyyətinin təhlilidir. Sistem onun mimikasını, nəbz, nəfəs, səs tembrini araşdırır və onun emosional vəziyyətini qiymətləndirir.

 

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017