Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ukraynada “Facebook”a böyük axın - SANKSİYADAN SONRA

Son iki həftə ərzində “Facebook”un Ukrayna auditoriyası 1,5 milyon nəfər artaraq 8,3 milyonu ötüb.

 

İKT.lent.az-ın Ukrayna mənbələrinə istinadən verdiyi məlumata görə, son 8 ildə - 2009-cu ilin aprelindən bəri Ukraynada sosial şəbəkənin auditoriyası ümumilikdə 131 dəfə artıb.

 

“Facebook” metodologiyasına əsasən istifadəçi o şəxs sayılır ki, ay ərzində heç olmasa, bir dəfə sosial şəbəkəyə daxil olsun.

 

Xatırladaq ki, mayın 15-də Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya sosial şəbəkələri və messencerləri də daxil olmaqla, Rusiyadan olan 467 hüquqi və 1228 fiziki şəxsə sanksiya tətbiq olunması barədə fərman imzalayıb. Ukrayna ərazisində bloklanan saytlar arasında “VKontakte”, “Odnoklassniki”, “Yandex”, “Kasperski Laboratoriyası”, “Mail.ru”, “Doktor Web” də var.

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017