Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Sosial şəbəkələr zərərli təbliğatı əngəlləyə bilmir - AVROKOMİSSİYA

“Facebook”, “Twitter” və “YouTube“ nifrət və zorakılıq yayan yazıları,  çağırışları, paylaşımları qısa müddətdə silməkdə hələ də çətinlik çəkir.

 

İKT.lent.az-ın “Die Welt”ə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının hesabatında deyilir.

 

Komissiya qeyd edib ki, ümumilikdə bu tip 10 mesajdan yalnız 6-sı ləğv olunur. İlk sutka ərzində hər 2-ci bu cür status, 48 saat ərzində isə daha 20%-i silinir. Zərərli paylaşımların 15%-i bir həftəyə yaxın, 13%-i isə daha uzun müddət qalır.

 

“Facebook” şikayət edilən statuslardan təxminən üçdə ikisini, “Twitter” 37,5%-ni, “YouTube” 66%-ni silə bilir. 2016-cı ilin dekabrında bu göstəricilər daha aşağı olub.

 

Nifrət yayan paylaşımların 18,1%-i ksenofob və islamofob məzmunda, 16,3%-i etnik mənşə, 12,9%-i seksual orientasiya, 9,2%-i milli mənsubiyyətlə bağlıdır. Sonra antisemit, irqçi çağırışlar və dini, cinsi zəmində nifrət çağırışları gəlir.

 

Qeyd edək ki, Avrokomissiya 2017-ci ilin mart-may aylarında 24 Avropa ölkəsində araşdırma aparıb.

LENT

16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
11 Avqust 2017
10 Avqust 2017