Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Maskdan Trampa iqlim xəbərdarlığı

“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, ABŞ-ın məşhur iş adamı İlon Mask (Elon Musk) prezident yanında Ekspert Şurasının tərkibindən çıxa biləcəyini bəyan edib.

 

İKT.lent.az-ın xəbərinə görə, İ. Mask “Twitter”də bildirib ki, əgər Donald Tramp ABŞ-ın iqlim məsələləri üzrə Paris razılaşmasından çıxması barədə qərar verərsə, o, Ekspert Şurasından kənarlaşacaq. İş adamı prezidenti fikrindən daşındırmaq üçün bacardığını etdiyini söyləyib.

 

Tramp razılaşmadan çıxmağa qərar verəcəyi təqdirdə, nə edəcəyi barədə sualı İ. Mask belə cavablandırıb: “Mənim prezident yanında şuranı tərk etməkdən başqa yolum qalmayacaq”.   

 

Xatırladaq ki, İ. Mask 2016-cı ilin dekabrında digər məşhur iş adamları ilə birlikdə prezident yanında Ekspert Şurasına qoşulub.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017