Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Putin: “Hakerlər azad rəssam kimidir”

“Rusiya dövlət səviyyəsində haker hücumları ilə məşğul olmur, onlara qarşı mübarizə aparmağa çalışır. Hakerlər özləri isə azad rəssam kimidir və tamamilə vətənpərvər motivlərdən çıxış edərək fəaliyyət göstərə bilər”.

 

İKT.lent.az-ın xəbərinə görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə Kremldə keçirdiyi görüşündə deyib. O bildirib ki, hakerlər seçki kampaniyalarının gedişinə ciddi təsir göstərə bilməz. Hakerləri rəssamlara bənzədən V. Putinin fikrincə, dövlətlərarası münasibətlərin ümumi fonu da əhəmiyyətlidir: “Hakerlər azad insanlardır – rəssamlar kimi. Rəssamların əhval-ruhiyyəsi yaxşıdır, yuxudan durub şəkil çəkməyə başlayırlar. Hakerlər də belədir: bu gün yuxudan oyandılar, dövlətlər arasında nələr baş verdiyini oxudular və əgər onlar vətənpərvər ruhdadırlarsa, Rusiya haqqında pis düşünənlərə qarşı mübarizəyə töhfə kimi doğru bildiklərini edirlər. Nəzəri baxımdan bu, mümkündür”.   

 

Rusiya prezidenti onu da əlavə edib ki, kimlərsə qəsdən müxtəlif haker hücumlarını elə düzüb-qoşur ki, bu hücumların mənbəyi kimi Rusiya görünsün.

 

Xatırladaq ki, ABŞ xüsusi xidmət orqanları Rusiyanı 2016-cı ildə ölkədə keçirilən prezident seçkilərinə müdaxilə etməkdə ittiham edir. Hazırda bu barədə istər Konqresin hər iki palatasında, istərsə də Federal Təhqiqatlar Bürosunda araşdırmalar gedir.   

LENT

24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017